“Umumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqinə dair tövsiyələr




Bu tövsiyələr “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli ,156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1633 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının (28 dekabr 2018-ci il tarixli, 8/1 nömrəli) qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın (bundan sonra “Qayda”) düzgün və səmərəli tətbiqi məqsədilə hazırlanmışdır.

Bu “Qayda” təşkilati-hüquqi formasından asılı olmayaraq, ümumi təhsil müəssisələrində həyata keçirilən beynəlxalq akkreditasiya edilmiş proqramlarla (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) və s.) təhsil alan şagirdlərin, xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.

Diqqətə çatdırırıq ki, məktəbdaxıli qiymətləndirmənin növləri kımı “Qayda’da nəzərdə tutulan diaqnostik, formativ və summativ qiymətləndirmə növlərinin hər biri mahiyyət etibarı ilə fərqli məqsədlərə xidmət edir. Bununla belə, qiymətləndirmə sistemində onların hər biri əhəmiyyətli rola malikdir və bu qiymətləndirmə növləri ardıcıl və bir-birini tamamlamaqla tətbiq olunduqda qiymətləndirmə prosesinə kompleks yanaşma təmin edilir.


Diaqnostik qiymətləndirmə

Diaqnostik qiymətləndirmə, adının məna və mahiyyətindən göründüyü kimi, mövcud səviyyənin ilkin mərhələdə qiymətləndirilməsidir, başqa sözlə, şagirdin fənlər üzrə zəruri bilik və bacarıqlara hansı səviyyədə yiyələnməsini, təhsil prosesində qarşılaşdığı problemləri, habelə dünyagörüşünün əhatə dairəsini, meyil və maraqlarının istiqamətini müəyyənləşdirməkdir. Bu baxımdan diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin dərs ilinin əvvəlində, eləcə də tədris vahidinin (bölmə, fəsil), hər hansı bır mövzunun tədrisinin başlanğıcında, həmçinin başqa sinif və ya məktəbdən yeni qəbul olunan şagirdin (şagirdlərin) səviyyəsini aşkara çıxarmaq məqsədilə aparılır. Diaqnostik qiymətləndirmənin nəticələri təlimin səmərəli qurulmasında müəllimə düzgün istiqamət verir.

Təcrübə göstərir ki, diaqnostik qiymətləndirmə nəticələrinin sinif jurnalında və digər aidiyyəti sənədlərdə qeyd edilməməsi bu qiymətləndirmə növünə laqeyd münasibət bəslənilməsinə gətirib çıxarır. Bu problemi aradan qaldırmaq üçün diaqnostik qiymətləndirmə ilə bağlı aşağıdakı təşkılati işlərin həyata keçirilməsi tövsiyə edilir


1. Sinif rəhbəri tərəfindən hər bir şagird üçün məktəbdə saxlanılmaq şərtilə portfolio (qovluq) yaradılır və hər şagirdin portfoliosuna fənlərin sayı qədər fayllar qoyulur, hər faylın üstünə bir fənnin adı yazılır. Əlavə olaraq bir fayl da şagirdin sosial və digər ümumi fəaliyyətləri ilə bağlı nəzərdə tutulur. Hər fayla şagirdin həmin fənlə bağlı yazılı materialları qoyulur. Hər hansı fənlə bağlı fayl dolduqda, bu fənn üzrə daha bir yeni fayl əlavə edilir.


2. Hər bir müəllim şagirdlə bağlı müşahidələrini, irəliləyişləri barədə məlumatları, meyil-maraq dairəsi haqda rəyini, həmçinin şagirdin yazılı qeydlərini fənnə aid fayla əlavə edir.


3. Sinif rəhbəri portfolionun təşkilini, saxlanılmasını və burada olan məlumatların araşdırılıb təhlil edilməsini, rəhbərliyə və valideynlərə müvafiq məlumatlar verilməsim həyata keçirir.


Formativ qiymətləndirmə

Formativ qiymətləndirmə məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqların əldə olunması sahəsində şagirdlərin irəliləyişlərinin monitorinqidir. Monitorinqlər həm müşahidələr əsasında, həm də şagirdin təlim nəticələrini izləyib müvafiq qeydlər aparmaqla, yaxud digər bir uyğun formadan istifadə etməklə həyata keçirilir. Burada əsas məqsəd müəllimin, əsasən, aşağıdakı suallara düzgün və obyektiv cavab müəyyənləşdirməsindən ibarətdir:
- Şagirdin geri qalması hansı səbəbdəndir və onları aradan qaldırmaq uçun nə etməliyəm?
- Şagirdlərin tətbiqetmə bacarıqları tələbləri ödəyir, yoxsa əlavə tədbirlərə ehtiyac vardır?
- Şagirdlərin inkişafı üçün mövcud metod və üsullar yetərlidirmı yoxsa onları təkmilləşdirmək zərurəti yaranmışdır?
- Fənnə maraq yaratmaq üçün hansı tədbirlər görməliyəm?
- İstedadlı şagirdlərlə iş sahəsində hansı yenilikləri etməliyəm?

Formativ qiymətləndirmə monitorinq və müşahidələrin nəticələrinə əsaslansa da, onun nəticələrinin qeydiyyatı aparılmalı, bunun üçün hər bir müəllim formativ qiymətləndirmə dəftəri tərtib etməlidir. Bu dəftərin formasına və aparılmasına xüsusi bir tələb qoyulmasa da, dəftərdə müəllimin dərs dediyi hər sinif üçün bır neçə səhifə ayırması və hər səhifədə sinifdəki şagirdlərin adlı siyahısının yazılması və hər şagirdin qarşısındakı müvafiq qrafada tarix göstərilməklə lazımi qeydlərin aparılması məqsədəmüvafiqdir.

Dəftərdə hər bir şagirdlə bağlı qeydlər vaxtaşırı aparılmalıdır. Həmin qeydlər əsasında hər bir fənn müəllimi yarımilin sonunda şagirdin yarımillik fəaliyyətinin qısa yazılı təsvirini hazırlamalı və şagirdin portfoliosuna əlavə etməlidir. Yarımillik təsvirlər aydın yazılmaqla oxuyan hər kəs tərəfindən başadüşülən, fikir formalaşdıra bilən məzmunda olmalıdır. Sinif rəhbəri göstərilən qeydlərin vaxtında portfolioya qoyulması üçün müəllimlərlə əməkdaşlıq etməli və qeydlərin dolğun olmasına diqqət yetirməlidir.

Bir dərs müddətində digər müxtəlif fəaliyyətlərin də olduğunu nəzərə alsaq əlbəttə bütün şagirdlərin formativ qiymətləndirilməsinin aparılması və “Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması fiziki olaraq mümkün deyil. Bu səbəbdən də sinif üzrə formativ qiymətləndirmə aparılsa da, müvafiq planlaşdırmaya əsasən, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilməsinin nəticəsinin “Məktəbli kitabçası”nda və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması tövsiyə olunur.

Summativ qiymətləndirmə

Summativ qiymətləndirmə standart və ya standartlar qrupuna əsasən, müəyyən edilmiş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını aydınlaşdırır. Summativ qiymətləndirmələr, əsasən, aşağıdakı sualların aydınlaşdırılmasına xidmət edir:
- Şagird mövzu, hər hansısa bir fəsil, bəhsdə əhatə olunan təlim materiallarını mənimsəmişdirmi?
- Öyrəndiklərini tətbiq edə bilirmi?
- Daha irəli getmək üçün lazımi potensialı varmı?

Summativ qiymətləndirmə mövzu, bəhs və bölmənin, həmçinin yarımillərın sonunda keçirilir. Bölmənin sonunda və daxilində keçirilən summativ qiymətləndirmə kiçik summativ qiymətləndirmə (KSQ), yarımillərin sonunda keçirilən summativ qiymətləndirmə isə böyük summativ qiymətləndirmə (BSQ) adlandırılır.

Yeni “Qayda”da kiçik və böyük summativ qiymətləndirmələrdə nəticələrin maksimum 100 bal ilə ifadə olunması konkret göstərilmişdir. Formal sənədləşmədə istifadə edilmək və valideynlərə aydın olmaq üçün bu ballar aşağıda verilmiş cədvələ uyğun olaraq, “2", "3”, “4", “5” qiymətlərinə uyğunlaşdırılır. Bütün hallarda hər dəfə əvvəlcə ballar hesablanır, sonda isə qiymətə (“2”, “3”, “4”, “5”) çevrilərək sinif jurnalına və "Məktəbli kıtabçası”na yazılır. Məsələn şagirdin nəticələri birinci yarımildə “59 bal” və “3”, ikinci yarımıldə '65 bal’ və “4 -dursə, onun illik nəticəsini tapmaq üçün əvvəlcə, balların ədədi ortası tapılır, sonra qiymətə çevrilir. Yəni illik nəticə “62 bal” ((59+65):2=62) və “4” qiymət müəyyən edilir.

Balların qiymətlərə çevrilməsi bu cədvələ uyğun aparılır:

Balların qiymətlərə uyğunlaşdırılmasında anlaşılmazlıqlar, əsasən, 30; 60; 80 balla əlaqədar ola bilər. Belə olan hallarda 30 bal - “2”; 60 bal - “3”; 80 bal - “4” kimi nəzərə alınır. Tam hissəsi 30; 60; 80 olan balların vergüldən sonrakı rəqəmlərindən hər hansı biri sıfırdan fərqli olarsa, onda növbəti qiymət hesab edilir.

Məsələn:

- 30,1 ; 30,00254 və s. kimi ballar -“3";
- 60,001 ; 60,03 və s. kimi ballar - “4”;
- 80,2 ; 80,006 və s kimi ballar - “5” qiymətinə uyğundur

Digər bir anlaşılmazlıq yarada biləcək məqam KSQ və BSQ nəticələrinin sinif jurnalına yazılması qaydası ilə bağlıdır. Nəzərinizə çatdırırıq ki, kiçik və böyük summatıv qiymətləndirmələr, həmçinin yarımillik və illik nəticələr sinif jurnalında iki sütunda yazılır - soldan birinci sütunda ballar (məsələn, 19; 35; 62; 95 və s. ), ikinci sütunda isə qiymətlər (“2”, “3”; “4”; “5") yazılır.

Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün üzrlü səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı nəticələr yazılan 2 xana diaqonalla iki hissəyə ayrılır. Xanaların hər ikisinin surətində “q”(qaib) yazılır, məxrəcləri isə boş saxlanılır. Müəllim növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək həmin şagirdlə kiçik summativ qiymətləndirmə aparır. Təkrar kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin jurnalda yarıya bölünmüş və surətlərində “q” yazılmış xanaların hər ikisinin məxrəcində də “q” yazılır və bu yarımillik balların hesablanmasında nəzərə alınmır.

Kiçik summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında “0” bal, qiymət yazılan xanada “q” yazılır və yarımillik balların hesablanmasında nəzərə alınır.

Böyük summativ qiymətləndirmənin keçirildiyi gün üzrsüz səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında “0” bal və qiymət yazılan xanada “q” yazılır və yarımillik balların hesablanmasında nəzərə alınır.

1-ci və 2-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik, bədbəxt və fövqəladə hadisə və s.) iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı nəticələr yazılan 2 xana dıaqonalla iki hissəyə ayrılır. Xanaların hər ikisinin surətində “q” (qaib) yazılır, məxrəcləri isə boş saxlanılır. Müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük summativ qiymətləndirmə təşkil edilir. Qeyd olunan müddətdə şagird təkrar böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı “0” qəbul olunur və sinif jurnalında adının qarşısında boş saxlanmış iki xananın məxrəclərində bal yazılan xanada “0” bal və qiymət yazılan xanada “q” yazılır və yarımillik balların hesablanmasında nəzərə alınır.

“Qayda”da xüsusi diqqət yetirilən məqamlardan biri də qiymətləndirmədə şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması və onların psixoloji durumlarının kənar təsirlərdən qorunmasıdır. Bu baxımdan “Qayda’’da birinci siniflərdə summativ qiymətləndirmələrin aparılması nəzərdə tutulmamışdır. Eyni zamanda II və III siniflərində böyük summativ qiymətləndirmələrin keçirilməməsi və BSQ-lərın sayının xeyli azalması da həmin məqsədə xidmət edir.

Şagirdlərin bu və ya digər təhsil səviyyəsini hansı nəticələrlə başa vurması barədə aydın təsəvvürün yaranması məqsədilə IV, IX, XI siniflərdə bütün fənlərdən böyük summativ qiymətləndirmələrin keçirilməsi nəzərdə tutulmuşdur.

“Qayda” da hər fənn üzrə kiçik summativ qiymətləndirmənin yarımildə ən azı 3, ən çoxu 6 dəfə olmaqla, dərs vaxtında, bir dərs saatında (45 dəqiqə) keçirilməsi nəzərdə tutulur. Kiçik summativ qiymətləndirmələrin sayı və tarixi hər bir fənn müəllimi tərəfindən təqvim planı hazırlanarkən müəyyənləşdirilir və yarımilin birinci həftəsi ərzində dərsdə şagirdlərə şifahi olaraq elan edilir.

Ümumilikdə, böyük summativ qiymətləndirmələrin sayı xeyli azaldılmışdır. Hər sinifdə fənlər üzrə keçiriləcək summativ qiymətləndirmələri aşağıdakı kimi ümumiləşdirmək olar:

Qeyd: Umumtəhsil məktəblərinin V-VIII siniflərində və tam orta təhsil səviyyəsinin təmayülləşmə tətbiq olunmayan X sinfində uyğun təhsil səviyyələri üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summatıv qiymətləndirmə keçirilə bilər.

Kiçik summativ qiymətləndirmədə qiymətləndirmə materiallarının hazırlanması, qiymətləndirmənin keçirilməsi və yoxlanması, materialların saxlanılması, qiymətləndirmənin nəticələrinin, yarımillik və illik nəticələrin hesablanaraq vaxtında sinif jurnalına və məktəbli kitabçasına yazılması fənn müəllimi tərəfindən həyata keçirilir.

“Qayda”da BSQ-lərin təşkilinin forması və vaxtı da konkret olaraq göstərilmişdir. Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq, hər bir fənn üzrə BSQ ibtidai təhsil səviyyəsində 45 dəqiqə, digər təhsil səviyyələrində isə 45-90 dəqiqə olmaqla keçirilməsi nəzərdə tutulur.

BSQ-lərin nəticələri məktəbin fəaliyyətinin təhlilində, strategiyaların müəyyənləşdirilməsində mühüm rol oynadığı üçün aşağıdakıların həyata keçirilməsi məqsədəmüvafiqdir:
1. Məktəbin rəhbərliyi tərəfindən yarımillərin əvvəlində BSQ-lərin keçirilməsi üçün işçi cədvəlinin hazırlanması və BSQ-lərin keçirilməsi ərəfəsində cədvəldə real vəziyyətə uyğun olaraq müvafiq düzəlişlərin edilməsi:
2. Cədvəl hazırlanarkən mövcud reallıqların, o cümlədən siniflərin fənn müəllimlərinin, nəzarətçilərin, BSQ-lər üçün nəzərdə tutulmuş günlərin sayının, məktəbin maddi-tədris bazasının imkanlarının nəzərə alınması;
3. BSQ-lərin təşkili ilə bağlı qəbul edilmiş qərarların mövcud qaydalara zıdd olmaması, şagird sağlamlığı və təhlükəsizliyinin, qiymətləndirmə prosesində obyektivlik və şəffaflığın gözlənilməsi.

BSQ-lərin keçirilməsi prosesinə nəzarətçi kimi məktəbin pedaqoji işçiləri, könüllülər, tələbələr və digər səriştəli şəxslər, qiymətləndirmə vasitələrinin hazırlanması və qiymətləndirilməsinə isə imkan daxilində qiymətləndirmə aparılan sinifdə dərs deməyən müəllimlər cəlb edilə bilər. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə məktəbin rəhbərliyi tərəfindən yazı işlərinin şifrələnərək yoxlama komissiyasına təqdim edilməsi faydalı olardı.

BSQ-lərin təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması, nəzarətçilərin seçilməsi, qiymətləndirmə komissiyasının yaradılması və onlarla işin təşkili, ballar və qiymətlər yazılan siyahının (protokolun) tərtib edilməsi və jurnala yazılması üçün fənn müəlliminə verilməsi ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən həyata keçirilir.

BSQ nəticələrinin (balların və qiymətlərin) sinif jurnallarına köçürülməsi, yarımillik və illik qiymətlərin hesablanaraq vaxtında sinif jurnalına yazılması fənn müəllimi tərəfindən həyata keçirilir.

Protokolların (ballar və qiymətlər yazılan siyahının) məktəb direktoru tərəfindən möhürlə təsdiq edilməsi, həmin protokolların məktəb rəhbərliyi tərəfindən qovluqda saxlanılması və qovluqda siniflərin sayı qədər faylın olması, hər faylın üzərində sinfin göstərilməsi məqsədəuyğundur. Məktəb rəhbərləri, xüsusilə direktor müavinləri BSQ-lərin jurnala düzgün köçürülməsinə nəzarət etməlidirlər.

Qiymətləndirmə vasitələrinin hazırlanması

Qiymətləndirmə vasitələri 4 çətinlik dərəcəsi üzrə hazırlanır və iki əsas sualı əhatə edir:
- Mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?
- Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?
1-ci səviyyə çətinlik dərəcəsi ən aşağı, 4-cü səviyyə isə çətinlik dərəcəsi ən yüksəkdir. 1-ci çətinlik dərəcəsi və 2-ci çətinlik dərəcəsi əksər şagirdlər, 3-cu çətinlik dərəcəsi və xüsusilə 4-cü çətinlik dərəcəsi isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur. Summativ qiymətləndirmə üzrə materiallar hazırlanarkən səviyyələr üzrə tapşırıqların çəkisi aşağıdakı kimi müəyyənləşdirilir:

- 1-ci səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 20%-ni ( 20 bal);
- 2-ci səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 30%-ni (30 bal);
- 3-cü səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 30%-ni (30 bal);
- 4-cü səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 20%-ni (20 bal).

Ötən illərin təcrübəsi göstərir ki, qiymətləndirmə vasitələri hazırlanarkən əksər hallarda ancaq qapalı testlərdən istifadə edilməklə bir neçə fənn üzrə bır sual kitabçasının hazırlanması və onların BSQ-sinin eyni vaxtda keçirilməsi təcrübəsindən istifadə olunurdu. Düşünürük ki, hər fənn üzrə BSQ-nin ayrılıqda keçirilməsi daha faydalıdır. Belə ki, əgər idman zalında bir neçə sinif üçün eyni zamanda BSQ təşkil edilirsə bu halda həmin siniflərin hər birində yalnız bir fəndən BSQ keçirilməsi məsləhətdir. Məsələn, Xa-da kimya, Xb-də fizika, Xc-də tarix fənnindən eyni məkanda və eyni zamanda BSQ təşkil oluna bilər.

KSQ-lərin qiymətləndirmə vasitələri fənn müəllimi tərəfindən hazırlanır. Bu baxımdan ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən fənn müəllimləri ilə müvafiq işlərin aparılması (treninqlərin təşkil edilməsi, müvafiq ədəbiyyatların tapılması və s.) tövsiyə olunur.

BSQ-lər fənn müəllimləri tərəfindən deyil, ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən keçirildiyindən və qiymətləndirmə vasitələrinin hazırlanması, şagirdlərin cavablarının qiymətləndirilməsi, nəticə yazılan siyahının sinif jurnalına köçürülməsi uçun fənn müəlliminə verilməsi də ümumi təhsil müəssisəsinin rəhbərliyinin funksiyasına aid olduğundan aşağıdakı işlərin aparılması tövsiyə edilir:

1. Hər fəndən siniflər üzrə BSQ üzrə qiymətləndirmə vasitələri bankı yaradılmalıdır;
2. Bankın yaradılmasına rəhbərlik metodik bölmələrə, yaxud müvafiq direktor müavinlərinə tapşırıla bilər. Məktəbin direktoru da bu işin müəyyən bir hissəsini birbaşa öz üzərinə götürə bilər. Çünki BSQ-lərin məzmununun keyfiyyətli olmasında, məxfiliyinin və obyektivliyin təmin olunmasında, şəffaflığının qorunmasında məktəbin direktoru bilavasitə məsuliyyət daşıyır. Ona görə də o, bu məsələ ilə bağlı diqqətli olmalı, çevik, səmərəli və sistemli idarəetmə fəaliyyəti həyata keçirilməlidir;
3. BSQ vasitələri bankının təşkilinə qiymətləndirmə ərəfəsində deyil, dərs ilinin əvvəlində başlanılmalı və davamlı olaraq zənginləşdirilməlidir Bu məqsədlə yuxanda göstərilən 4 səviyyənin hər biri üzrə ayrılıqda tapşırıqlar toplamaq üçün fənn müəllimlərinin metodbirləşmələrin, zərurət yaranarsa, ərazidəki digər tanınmış fənn müəllimlərinin, yerli təhsili idarəetmə orqanlarının metodik kabinetlərinin imkanlarından istifadə edilə bilər.

Summativ qiymətləndirmə vasitələri hazırlanarkən çətinlik dərəcəsinə diqqət yetirilməlidir. Summativ qiymətləndirmə zamanı müəllim məqsədəuyğun olaraq müxtəlif üsullardan istifadə edə bilər. Summativ qiymətləndirmədə müxtəlif metod və texnikalardan istifadə oluna bilər: test, inşa, esse, imla, referat, təqdimat, layihə və s. Bu metodlardan ən çox istifadə olunan test üsulu sayılır. Bir tərəfdən bu üsulun seçilməsi onun daha qısa müddətdə və standartlaşdırılmış formada şagird nailiyyətinin qiymətləndirilməsini təmin etmə imkanları var. Lakin digər tərəfdən onun bir sıra nöqsanları da mövcuddur. Onun vasitəsilə bir sıra təfəkkürün, nitq qabiliyyətinin inkişafı ilə bağlı bacarıqların yoxlanılması kifayət qədər dəqiq olmur. Bu baxımdan summativ qiymətləndirmə vasitələri hazırlanarkən həm açıq, nəm də qapalı suallardan istifadə olunması məqsədəmüvafiqdir. Burada vacib suallardan biri açıq sualın qapalı sualdan fərqləndirilməsidir. Qapalı sualda yalnız bir cavabın, açıq sualda isə müəyyən şərhlərin, əlavə məlumatların olması nəzərdə tutulur. Həm qapalı, həm də açıq sualların çətinlik dərəcəsi fərqli ola bilər. Eyni zamanda tapşırığın mürəkkəblik səviyyəsi müəyyən amillərdən asılı ola bilər: fənn materialının mürəkkəbliyindən, istifadə olunan bacarıq və vərdişlərdən, təfəkkür prosesinin mürəkkəblik dərəcəsindən.

Sualların mürəkkəblik dərəcəsi aşağıdakı dıfferensiallaşmış meyarlar uzrə müəyyənləşdirilə bilər:

A) 1-ci çətinlik dərəcəsinə asan tapşırıqlar aiddir. Burada tədris müddətində alınmış məlumatın yada salınmasını tələb edən faktoloji materialı əks etdirən suallar, terminlərlə bağlı biliklərin üzə çıxarılması ilə əlaqədar suallar, hazır nümunələr və alqoritmlər əsasında məsələlərin həlli nəzərdə tutulur.

Bu səviyyə üçün neçə tapşırıq nəzərdə tutulmasından asılı olmayaraq, onların hər birinə verilən maksimal balların cəmi 20 olmalıdır;

B) 2-ci çətinlik dərəcəsinə asana yaxın orta səviyyəli sual və tapşırıqlar aiddir.

Burada çoxlu sayda terminlərdən istifadəni tələb edən suallar, mənimsənilmiş material əsasında aparılan ümumiləşdirməni əks etdirən suallar, müəyyən hadisə və qanunauyğunluqların qəbulu və onlar arasında səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi (izahatvermə bacarığı) ilə bağlı suallar, təhlil, məntiqi duşunrnə, məntiqi nəticəçıxarma qabiliyyəti, əsas ideya və əlamətlərini üzəçıxarma qabiliyyəti ilə bağlı suallar, dəyişilmiş situasiyalarda məsələlərin həlledilmə qabiliyyəti ilə bağlı suallar nəzərdə tutulur

Bu səviyyə üçün neçə tapşırıq nəzərdə tutulmasından asılı olmayaraq, onların hər birinə verilən maksimal balların cəmi 30 olmalıdır;
C) 3-ci çətinlik dərəcəsinə çətinə yaxın orta səviyyəli sual və tapşırıqlar aiddir.

Burada çoxlu sayda terminlərdən istifadəni tələb edən suallar, mənimsənilmiş material əsasında aparılan ümumiləşdirməni əks etdirən suallar, müəyyən hadisə və qanunauyğunluqların qəbulu və onlar arasında səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi (izahatvermə bacarığı) ilə bağlı suallar, təhlil, məntiqi düşünmə, məntiqi nəticə çıxarma qabiliyyəti, əsas ideya və əlamətlərin üzəçıxarma qabiliyyəti ilə bağlı suallar, dəyişilmiş situasiyalarda məsələlərin həll edilmə qabiliyyəti ilə bağlı suallar nəzərdə tutulur.

Bu səviyyə üçün neçə tapşırıq nəzərdə tutulmasından asılı olmayaraq, onların hər birinə verilən maksimal balların cəmi 30 olmalıdır;

D) 4-cü çətinlik dərəcəsinə çətin sual və tapşırıqlar aiddir. Burada çətin terminlərdən istifadə, müəyyən hadisə və qanunauyğunluqlara izahatvermə qabiliyyəti, bir-biri ilə bilavasitə əlaqəsi olmayan cisim və hadisələr arasındakı səbəb-nəticə əlaqəsini başa düşmək, proqnozlaşdırma qabiliyyəti, yaradıcı təfəkkürə əsaslanaraq biliklərin yeni konteksdə istifadəsi, müxtəlif vəziyyətlərdə əldə edilmiş biliklərin yaradıcı şəkildə tətbiqi və yeni, orijinal üsullarla məsələ həlli, təqdim olunmuş problem xarakterli məlumata əsasən sual və problemi ifadəetmə bacarığı, yeni situasiyada hesablamaları aparma qabiliyyəti tələb edən tapşırıqlar nəzərdə tutulur.

Bu səviyyə üçün neçə tapşırıq nəzərdə tutulmasından asılı olmayaraq, onların hər birinə verilən maksimal balların cəmi 20 olmalıdır.

Tapşırıqların sayı və onlara verilən maksimal ballarla bağlı bir neçə nümunəyə baxaq I Nümunə: Tapşırıqların ümumi sayı 20-dir və onlar səviyyələr üzrə aşağıdakı kimi paylanmışdır:

- 1-ci səviyyənin tapşırıqlarının sayı - 8;
- 2-ci səviyyənin tapşırıqlarının sayı - 6;
- 3-cü səviyyənin tapşırıqlarının sayı - 4;
- 4-cü səviyyənin tapşırıqlarının sayı - 2.

Bu halda səviyyələr üzrə hər tapşırığa verilən balları aşağıdakı kımı müəyyənləşdirmək olar:

- 1-ci səviyyənin hər tapşırığına verilən bal - 2 bal + 2 bal + 2 bal + 2 bal + 3 bal + 3 bal + 3 bal + 3 bal = 20 bal;
- 2-ci səviyyənin hər tapşırığına verilən bal - 5 bal + 5 bal + 5 bal + 5 bal + 5 bal +5 bal = 30 bal;
- 3-cü səviyyənin hər tapşırığına verilən bal - 7 bal + 7 bal + 8 bal + 8 bal = 30 bal;
- 4-cü səviyyənin hər tapşırığına verilən bal - 10 bal + 10 bal = 20 bal.

II Nümunə: Tapşırıqların ümumi sayı 10-dur və onların sayı səviyyələr ıızrə aşağıdakı kimi paylanmışdır:

- 1-ci səviyyənin tapşırıqlarının sayı - 4;
- 2-ci səviyyənin tapşırıqlarının sayı - 3;
- 3-cü səviyyənin tapşırıqlarının sayı - 2;
- 4-cü səviyyənin tapşırıqlarının sayı - 1.

O zaman səviyyələr üzrə hər tapşırığa verilən balları aşağıdakı kimi müəyyənləşdirmək olar:

- 1-ci səviyyənin hər tapşırığına verilən bal - 5 bal + 5 bal + 5 bal + 5 bal = 20 bal;
- 2-ci səviyyənin hər tapşırığına verilən bal - 10 bal + 10 bal + 10 bal = 30 bal,
- 3-cü səviyyənin hər tapşırığına verilən bal - 15 bal + 15 bal = 30 bal;
- 4-cü səviyyənin hər tapşırığına verilən bal - 20 bal.

Bu nümunələrdə hər tapşırığa verilən bal bır yanaşmanın nəticəsidir. Hər çətin səviyyəyə keçdikcə tapşırıqların sayının azalması və hər tapşırığa verilən balın artması məntiqə uyğun haldır. Burada bir məqam da qeyd olunmalıdır ki, summativ qiymətləndirmədə qiymətləndirmə vasitəsi kimi bir tapşırıq (inşa, məsələ və s.) da ola bilər.

Qiymətləndirmələrdə qarşıya qoyulan məqsədə nail olunması baxımından qiymətləndirmə vasitələrinin keyfiyyətli tərtib edilməsi vacib şərtlərdəndir. Bu baxımdan ümumi təhsil müəssisəsinin rəhbərliyi qiymətləndirmə vasitələrinin hazırlanmasına ciddi əhəmiyyət verməli, onu qiymətləndirmənin təməli kimi qəbul etməlidir.

Nəticələrin təhlili

Qiymətləndirmələrin keçirilməsi nə qədər vacibdirsə, onların nəticələrinin peşəkar təhlili və müvafiq tədbirlərin müəyyənləşdirilməsi daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan məktəb rəhbərliyinin ən ümdə işi hər yarımilin sonunda BSQ-lərin nəticələrinin ayrılmış xüsusi qrup tərəfindən detallı təhlil edilməsi, BSQ-lərin KSQ-lərlə müqayisəli təhlil olunması, narahatçılıq yaradan məqamların səbəblərinin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üçün real yolların tapılması, sağlam rəqabət mühiti yaratmaqla kollektivi səfərbər edərək nəticələrin yaxşılaşdırılmasından ibarət olmalıdır. Hər bir ümumi müəssisəsinin sadə və aydın başa düşülən uğur formulu da bundan ibarətdir.




Uğurlar!