Hər şeydən əvvəl, Sizi xəbərdar edirik ki, oğlunuzun və ya qızınızın narkotikdən istifadə etməsi haqda şübhələrinizin əsası olmalıdır. O halda şübhələrinizi dilə gətirə, ailədə müzakirə edə və yeniyetməyə catdıra bilərsiniz ki, sizin övladınızın xarakterində bir yox, aşağıdakı əlamətlərin hər biri yaranmış olsun.
Beləliklə, Sizə şübhələnməyə əsas verən hansı əlamətlər ola bilər?
- Yeniyetmə tez-tez evdən yoxa çıxır. Bu yoxaçıxmalara yeniyetmə ya aydınlıq gətirmir, ya da mənasız sözlərlə izah edir. Sizin məsələni aydınlaşdırmaq üşün cəhdləriniz, suallarınız uşaqda acıq və aqressiya yaradır.
- Yeniyetmə çox tez-tez yalan danışır. Həm də bu yalanlar öxünəməxsus xarakter alıb. Bu gənc təkcə evdən tez-tez yox olması barədə deyil, həm də məktəb, universitet, iş və s.-lə bağlı məsələlərdə də yalan danışır. Həm də yalan danışmağa da, bir növ, ərincəklik edir. Yalanların tərkibi ya eynimənalı, ya da əksinə, bəzədilmiş və anlaşılmazdır. Artıq yeniyetmə yalanının doğruya oxşaması üçün də səy gösrərmir.
- Kifayət qədər çox az bir müddətdə onun əhatəsindəki dostlar, demək olar ki, tamamilə dəyişilmişdir. Əgər siz təəccüblə ondan “Bir zaman aranızdan su belə keçməyən dostun Ariflə niyə görüşmürsünüz?” deyə soruşsanız – övladınız bu suala etinasız yanaşacaq. Övladınızın yeni dostlarını isə siz ya heç görməyəcəksiniz, ya onlar sizə qonaq gəlməyəcək, ya da qapı arxasında bir dəqiqəlik pıçıldaşıb gedecəklər. Çoxlu sirli zənglər və telefon sohbətlərinin yaranmasını müşahidə edəcəksiniz. Lakin övladınız demək olar ki, nə zəng edənlər, nə də telefon sohbətlərinin məzmunu barədə aydınlıq gətirməyə səy də göstərməyəcək. Bu telefon söhbətlərinin mətnində narkotiklə bağlı jarqon ifadələrə rast gələcəksiniz.
- Sizin övladınızı ailə problemləri qətiyyən maraqlandırmayacaq. Məsələn, siz yaxınlarınızdan birinin xəstəliyi və ya problemləri barədə danışanda özünü dinləyən kimi göstərəcək. Əslində onun fikri başqa yerdədir. O dəyişilib, sizinlə münasibətləri soyuqlaşıb, yadlaşıb, etibarsızlaşıb.
- O, ümumiyyətlə dəyişilib. Əsasən də, heç bir səbəbi olmadan qıcıqlanır, qışqırır və isteriklik nümayiş etdirir. Siz hiss edəcəksiniz ki, gözlənilmədən və qəfildən əhval-ruhiyyəsi dəyişəcək. İki dəqiqə əvvəl cox şən və həyatsevər olduğu halda, kiminləsə qısa telefon danışığından sonra ruhdan düşmüş və kədərli olacaq, halsız və çox əsəbi danışacaq.
- Özünün əvvəlki maraqlarını itirəcək. Kitab oxumayacaq və filmlərə baxmayacaq. Siz tez-tez aşkar edəcəksiniz ki, o sadəcə kitabla oturub, əslində dərs oxumaq və ya imtahana hazırlaşmağa belə səy etmir.
- Onun yuxu rejimi pozulub. O, ayılmadan bütün günü yata bilər, amma bəzən siz onun bütün gecəni yatmadığını və otağındakı əşyalara toxunduğunu hiss edirsiniz.
- Sizin evinizdən pul və əşyalar itməyə başlayır. Bu xoşagəlməz hallar ilk vaxtlar cox nadir hallarda baş verir. Lakin demək olar ki, bütün bu cür xəstələrin ailələrində az da olsa oğurluq cəhdlərinə rast gəlinir.
- Sizə elə gəlir ki, övladınız gəzməkdən evə sərxoş qayıdır. Hərəkət koordinatları yüngülvari dəyişib. O gözlərini sizdən gizlədir və tez otağına qacmağa calışır.
Bir daha diqqətinizə catdırırıq ki, ayrı-ayrılıqda yuxarıda göstərilmiş əlamətlər gənclərin və yeniyetmələrin yaş dövrü ilə bağlı mütəlif psixoloji problemlərinin simptomları da ola bilər. Bəzi hallarda psixoloji xəstəliklərin başlanğıcı da bu cür əlamətlərlə xarakterizə olunur. Siz övladınızın narkotiklərlə bağlı problemlərinin olması haqda yalnız o zaman ciddi düşünə bilərsiniz ki, yuxarıda göstərilmiş 9 əlamətdən ən azı 8-ni övladınızın davranışında mövcudluğuna əmin olasınız.