Uşaq itməsin deyə təhlükəsizlik tədbirləri!

İlk öncə uşaqlara nəyi öyrətmək lazımdır:


1. Ad, yaş, ünvan – Bunu övladınız mütləq bilməlidir. Uşağın cibində həmişə adı, soyadı, ünvanı və valideynin əlaqə nömrəsi yazılmış kağız olmalıdır. Burda nəinki uşağın valideynlərinin telefon nömrəsini, eyni zamanda ev ünvanını və dostlarınızın əlaqə ünvanlarını göstərmək lazımdır (əgər sizinlə əlaqə saxlamaq mümkün olmasa, onlarla əlaqə saxlanılsın deyə). Əgər uşağın sağlamlığında problemlər varsa, bu məlumatları da ora daxil etmək lazımdır.


2. Uşağa mobil telefondan istifadə etməyi öyrədin.
Kiçiklər üçün sadə telefon bəs edər (hər düyməni uyğun olaraq yaxın adamın nömrəsi ilə əlaqələndirmək yaxşı olardı). Bu zaman həm uşala əlaqə saxlamaq olur, həm də telefon uşağın yerləşdiyi yeri müəyyənləşdirməyə kömək edir. (Əlavə qeyd: mobil telefondan istifadə ilə beyin xərçəngi arasında birbaşa əlaqənin olması sübut olunmasa da, bir çox tibbi ekspertlər uşaqlara 12 yaşınadək telefondan aktiv olaraq istifadəni məsləhət görmürlər!).


3. Telefonunuzda və ya qeydiyyat kitabçanızı əlaqə nömrələrini yoxlayın.
Orda sizin uşağınızın müəlliminin (tərbiyəçisinin), dostlarının valideynlərinin nömrəsi olmalıdır. Əgər yaşadığınız şəhərdə uşaqların axtarışı ilə məşqul olan könüllü təşkilatlar varsa, onların nömrəsini siyahıya əlavə edin, çünki polisdən fərqli olaraq belə təşkilatlar uşağın axtarışına tək bir zənginizlə, dərhal başlamağa qadirdirlər.


4. Belə bir oyun oynayın: uşağınızdan soruşun ki, əgər o şəhərdə itsə necə hərəkət edər.
Uşağın verdiyi cavablardan onun kritik situasiyalara nə qədər hazır olduğunu biləcəksizniz. Ondan soruşun ki, əgər siz nəqliyyat vasitəsində ayrı düşsəniz nə edərdi? Əgər onu küçədə zorla aparmaq istəsələr nə edərdi? Çalışın sadə dildə uşaqlara bu halda necə hərəkət etməli olduqlarını başa salasınız. Əgər uşaq lap kiçikdirsə, onda bu oyunu nağıla çevirib uşağa danışın. Əsas uşağın məlumatı olsun.


5. Azarkən və ya itərkən uşaqlar valideynlərinin onları tapanda üstlərinə qışqıracaqlarından çox qorxurlar.
Ona görə də uşaq qorxudan itəndə nə etmək lazım olduğunu asanlıqla unuda bilər. Uşağa təhlükəsizlik tədbirlərini öyrədəndə dəfələrlə vurğulamalısınız ki, əgər belə hadisə baş versə siz ona acıqlanmayacaqsınız.


6. Uşaqlıqdan hamımızın bildiyi ən rahat təhlükəsizlik qaydası budur: “Dayandığın yerdə dur”.
Bu qaydanı uşağa mütləq öyrətmək lazımdır. Mağazada, küçədə (kütlənin çox olduğu yerlərdə) uşağı gözdən itirsəniz belə üsulla sizə bir-birinizi tapmaq rahat olar.


7. Əgər uşağınız lap balacadırsa nəyi ona öyrətməlisiniz? Qəribə də olsa da, instiktiv olaraq körpələr ən düz hərəkəti edirlər: itmiş uşağa psixoloqlar yerə oturmağı və öz valideynlərini çağırmağı məsləhət görürlər.
Həqiqətən də, balacalar ele belə də edirlər. Valideynlər uşaqlara bir şeyi də öyrətməlidirlər. Ona başa salmalıdırlar ki, əgər yad insan ona yaxınlaşıb harasa aparmaq istəsə, o, çox yüksək səslə bu sözləri deməlidir: “Mən səni tanımıram! Bu mənim atam deyil (mənim anam deyil)! Kömək edin!” Bu halda uşaq yoldan keçənlərin diqqətini cəlb edəcək (Əks halda isə, yəni uşaqlar bu sözləri deməsələr, adamlar sadəcə uşağın şıltaqlıq etdiyini, yanındakı “valideyn”nin sözünə qulaq asmadığını fikirləşib keçib gedəcəklər).




Valideynlər üçün