Məktəbəqədər tərbiyyə müəssisəsini (uşaq bağçasını) seçərkən ilkin olaraq nələrə diqət yetirməli


Əksər valideynlər məktəbəqədər tərbiyə müəssisəsini (uşaq bağçasını) seçərkən çətinliklərlə qarşılaşırlar. Kimdən və haradan dəqiq məlumat almağı bilmirlər və ya ümumiyyətlə belə bir seçim etməyin əhəmiyyətini dəyərləndirə bilmirlər, yaxud da ki, seçim etmək üçün imkanları olmadığından heç bu barədə düşünmürlər. Bəzi hallarda isə belə seçimlərin edilməsini ironiya ilə qarşılayanlar da tapılır. Əslində isə insanın həyatında, onun formalaşmasında, sosiallaşmasında, cəmiyyətə inteqrasiya olunmasında, gələcək təhsil pillələlərinə uğurla qoşulmasında məktəbəqədər tərbiyə cox əhəmiyyyətlidir və əvəzolunmaz bir mərhələdir. Ona görə də seçim imkanı olduğu təqdirdə məktəbəqədər tərbiyə müəssisəsini seçərkən ilkin olaraq aşağıdakılara diqqət yetirilməsini məqsədəmüvafiq hesab edirik:



Elə yaşayış yerləri var ki, orada məktəbəqədər tərbiyə müəssisələri yoxdur. Bəs belə olan halda valideynlər nələrə diqqət yetirməlidirlər? Məktəbəqədər tərbiyə müəssisələri olmayan yerlərdə valideynlərin, digər ailə üzvlərinin və uşağı əhatə edən mühitin üzərinə daha şox məsuliyyət düşür. Belə şəraitdə uşaq bağçasının funksiyalarını az da olsa, primitiv də olsa onlar yerinə yetirməlidir. Əlbətdə ki, bu halda valideynin təhsillilik səviyyəsi, öz övladının cəmiyyətə hazırlanması istəyi və iradəsinin olmasından çox şey asılıdır və bu da valideynlərdən daha çox əzmkarlıq tələb edir. Belə vəziyyətdə valideynlər nələrə diqqət yetirməlidirlər?

  • 1. İmkan daxilində uşaqların tərbiyəsi ilə, onların asudə vaxtının təşkili ilə bağlı onların yaş dövrünə uyğun olan yazılar, kitablar oxusunlar, radio və televiziya verilişlərinə baxsınlar, bu sahənin mütəxəsislərindən, ibtidai sinif müəllimlərindən məsləhətlər alsınlar.

  • 2. Uşaqlarla oynamağa və onların dünya görüşlərinin formalaşmasına vaxt ayırsınlar. Uşaqların suallarının hamısını cavablandırsınlar, onların maraqlarına biganə yanaşmasınlar, uşaqlarla danışarkən uşaq ləhcəsində deyil, adi danışıq qaydalarına uyğun danışılsın.

  • 3. Uşaqları daha çox danışdırsınlar, həm də danışmaq xatirinə deyil məqsədli danışdırsınlar, yəni bu onların inkişafına, nəyisə öyrənməyinə, dünyagörüşünün formalaşmasına xidmət etsin.

  • 4. Digər uşaqlarla oynamasına, daha çox uşaqların əhatəsində olmasına şərait yaratmaq və bu zaman imkan olduqça onlara yeni oyunlar öyrətməyə, istqamətləndirməyə çalışmaq.

  • 5. Evin içərisində və ya həyətdə uşaqlar üçün guşə olması və bu guşədə onların istək və arzularının həyata keçirilməsinə şərait yaratmaq.

  • 6. Uşaqlarla birlikdə gəzintilərə getməyə, onlarla brirlikdə iş görməyə üstünlük vermək.

  • 7. Uşaqların ictimai yerlərdə olmasına şərait yaratmaq. Tanımadığı və ya az tanıdığı uşaqlarla və ya böyuklərlə müxtəlif tədbirlərdə və layihələrdə iştirak etmək.

  • 8. Uşaqlarda kitaba maraq yaratmaq (şəkilli kitablar vasitəsilə, nağıl kitabları vasitəsilə və s. )



  • Əsas səhifəyə