Nə üçün yeniyetmələrlə münasibət çətindir?


“Çətin tərbiyə olunan yeniyetmələr” nə qədər çox nəticəsiz əmək, əsəb və təəssüf hissi yaradır?... Adətən valideynlər belə şikayətlər edirlər: “ Bizim uşaq müəyyən vaxtdan sonra daha tamamilə söz eşitmir, kobudluq edir, dərslərini oxumur, müəllimlər də davranışından daim narazıdırlar...” Müəllimlər güçdən düşür, valideynlər ümidsizləşir, yeniyetmə özü isə daha pis: hamıya və hər şeyə qarşı kin, qəzəbli baxışlar və aşağı əyilmiş baş...Niyə belə oldu? Axı hamı ancaq yaxşı olmasını istəyirdi. Uşağın davranışında baş verən dəyişikliyin əsl səbəbi adətən, dərinliyinə qədər nə böyüklər, nə də uşaqların özü üçün dərk olunmayıb. Həm də, bir şeyi başa düşməliyik ki, (bu elə də asan deyi), “çətin” uşaqların siyahısına adətən pis uşaqlar deyil, çox həssas və tez inciyənlər daxildir. Həyatın ağırlığı və cətinliyi “adi “ uşaqlardan dəfələrlə tez və güclü məhz belə uşaqlara təsir edir. Bax, buna görə də “çətin” uşaq qətiyyən tənqidə və cəzaya deyil, ancaq köməyə ehtiyac duyur.

UŞAĞIN TƏRBIYƏSININ POZULMASINA SƏBƏB NƏDIR?


Birinci səbəb - diqqət uğrunda mübarizə. Uşaqlar bir çox hallarda onların normal inkişafı və emosional rahatlığı üçün zəruri miqdarda valideyn diqqətini görmürlər. Müasir valideynlər həddən çox məşğul olduqlarına görə, onların “arxasınca düşməyi ” şüurlu şəkildə özlərinə iş hesab etmirlər. Məktəbə gedəndə də isə ”Artıq böyüyüb”- deyirlər. Ona görə də yeniyetmə əsasən standart suallar eşidir: “Yeməyini yedin?”, “Oynadın?”, “Dərslərini oxudun?” . Əgər bu sullarla bağlı hər şey qaydasındadırsa, ünsiyyət kəsilir və uşaq öz qayğı, maraq və bəlkə də dərdləri ilə baş-başa qalır. Uşaqlar valideynlərinin laqeydlikləri ilə çətin barışır. Bəzən onlar qəsdən birbaşa valideynindən onunla birgə “oturmağı”, “gəzməyi”, “oynamağı” tələb edirlər və çox hallarda “yox” cavabı eşidirlər. Bu zaman diqqəti özünə cəlb etmək üçün daha doğru üsul tapırlar: itaətsizlik. Belə ki, ya uşaq dərs oxumaq əvəzinə televizora baxır, ya paltarını asılqandan asmır, ya musiqini yüksək səslə oxudur. Valideyninin öz işi ilə məşğul olmasına mane olur. İradlar yaranır: “ Niyə yenə...”, “Sənə neçə dəfə deyim...” Xoş olmasa da, hər halda, diqqət cəlb edilib. Heç olmamasındansa, bu da yaxşıdır..

İkinci səbəb - “qələbə” uğrunda mübarizə. Uşaq hiss edəndə ki, onun sərbəstliyə, müstəqilliyə və özünüdərkəolan hüququ tapdalanır valideynlərin üzünə qayıtması halları çoxalır. Bu hislər böyüklərin uşaqlarla münasibəti əmr, irad, təhdidlər formasında olanda daha çox baş qaldırır. Valideynlər uşaqları düzgün vərdişlərə, nizam-intizama öyrədərkən, səhvlər barədə xəbərdarlıq edərkən, ümumiyyətlə, tərbiyə edərkən onlara elə hesab edirlər ki, hər şeyi düzgün edirlər. Təbii ki, bu doğrudur, amma məsələ ondadır ki, bunu necə etmək lazımdır. Əgər iradlar və göstərişlər tez-tez olursa, tənqid kəskin olursa, onda yeniyetmə qiyam qaldırır. Valideyn tərsliklə, özbaşınalıqla qarşılaşır. Yeniyetmə üçün belə davranışların mənası odur ki, problemini özü həll etmək hüququ olsun və ümumiyyətlə, öz şəxsiyyətini sübut etsin. Ona qəbul etdiyi qərarın həmin an üçün uğursuz olmasını, hətta yalnış olmasını əhəmiyyətli hesab eləmir. Əsas odur ki, qərar özünündür.

Növbəti səbəb – intiqam almaq arzusudur. Uşaqlar, adətən yeniyetmə vaxtı valideynlərindən inciyirlər. Buna səbəblər müxtəlif ola bilər: valideynlər kiçik övladlarına diqqəti dad çox ayırırlar; valideynlər ayrılıb və evdə ögey ata meydana gəlib; valideynlər tez-tez dalaşırlar. Bəzən çoxlu təsadüfi səbəblər də onları küsdürür: kəskin iradbildirmə, vədi yerinə yetirməmək, ədalətsiz cəzalandırma... Yenə də yeniyetmənin qəlbində iztirab və kədər yaranır. Üzdə isə, yenə etirazlar, itaətsizlik, dərslərdə müvəffəqiyyətsizlik. Bu halda uşaq tərfindən pis davranışın mahiyyətini belə ifadə etmək olar:” Məni incitdiniz, mən də sizi incidəcəm!”

Sonuncu səbəb isə - yeniyetmə ilə bağlı xoşagəlməz hadisələrin həyatının bir sahəsindən digərinə nüfuz etməsi. Oğlan uşağının sinif yoldaşları ilə münasibəti alınmır, bununla da dərslərdə də geriləyir və məktəbdəki uğursuzluq evdəki davranışına sirayət edir. Xoşagəlməzliklərin bir sahədən digərinə keçməsinin əsasında yeniyetmənin özünüqiymətləndirməsinin aşağı səviyyədə olması dayanır. Çoxsaylı tənqidlər, uğursuzluqların acı təcrübələri sonda yeniyetmənin özünə olan inamını itirməsinə səbəb olur. Uşaq bu nəticəyə gəlir ki, “Çalışmağın heç bir mənası yoxdur, onsuz da heç nə alınmayacaq.” Bu onun qəlbindədir, üzdə üzünü elə göstərir ki, “guya heç nə vecinə deyil”, “pisəm, qoy elə pis olum”.


Çətin uşaqların valideynin isti münasibətinə və diqqətinə, şəxsiyyətinə olan hörmətə, ədalətə ehtiyac hissi və müvəffəqiyyət arzusu təbii və qanunauyğundur. Belə uşaqların da ən boyük bəlası da budur ki, yuxarıda göstərilən ehtiyacları odənilmir. Bu boşluğu elə vasitələrlə doldururma çalışırlar ki, nəticədə heç bir şey əldə edə bilmirlər. Bəs onlar niyə belə düşüncəsizlik edirlər? Yalnız ona görə ki, bunun başqa yolu olduğunu bilmirlər. Bu səbəbdən də yeniyetmənin davranışındakı ciddi pozuntular köməyə olan ehtiyaca bir işarədir. O sanki öz davranışları ilə bizə “Mənə cətindir, mənə kömək edin” - deyir. Valideyn bu halda ona kömək edə bilərmi? Təcrübə göstərir ki, kömək edə bilər. Amma bunun üçün əvvəlcə yeniyetmənin emosional narahatçılığının mahiyyətini başa düşmək lazımdır. Bu məsələ ilk baxışdan çətin görünür. Çünki müxtəlif səbəblər oxşar nəticələr yaradır. “Səbəb nədir?” sualının cavabı gözlənilməz olsa da çox sadədir. Bunun üçün valideynlər ilk növbədə özlərinin şəxsi həyəcanlarına diqqət yetirməlidirlər. Yeniyetmənin davranışı pozulan an valideynlər özləri hansı hisləri keçirdiklərini təyin etməlidirlər. Aydın olur ki, müxtəlif səbəblərə görə valideynlərin reaksiyası da müxtəlif olur. Psixoloqlar belə bir qəribə fakt müəyyən ediblər ki, valideynin narahatçılıqları uşaqların gizli problemlerinin aydınlaşdırılması üçün açardır! Gəlin baxaq, bizim hislərimiz hansı səbəblərdən yaranır. Uşaq öz itaətsizliyi və qeyri-adi hərəkətləri ilə diqqət uğrunda mübarizə aparırsa, eyni zamanda valideynini qıcıqlandırır. “İlahi, yenə sən...”, Sən necə də məni bezdirmisən!”, ”Bu nə vaxt bitəcək?”.


Gəlin bu tipik səhnəni təsəvvür edək:

Ata: “Yox, sən getməyəcəksən!”
Oğul: “Yox, gedəcəm!”
Ata: “Mən sənə qadağan edirəm!”
Oğul: “Onsuz da gedəcəm!”
Ata: “Mən səni cəzalandıracam, özü də çox ciddi!”
Oğul: ”Cəzalandır, qorxmuram!”

Belə bir halda valideyndə yalnız çarəsiz qəzəb, müqaviməti sındırmaq arzusu, cəzalandırmaq arzusu baş qaldırır. Uşaq tərəfindən inadkarlığın səbəbi intiqam almaqdırsa, valideyndə də inciklik hissi yaranır. Bu hallarda tez-tez eşitmək olar: “Əziyyət çəkirsən, uşaq isə naşükürdür! Məgər mən buna layiqəm?!”. Və nəhayət xoşagəlməzliklər digər sahələrə də sirayət etdikdə valideynlər ümüdsizliyə qapanırlar.


YUXARIDA DEYILƏNLƏRDƏN BELƏ NƏTICƏYƏ GƏLMƏK OLAR: YENIYETMƏNI BAŞA DÜŞMƏYI, ONU DINLƏMƏYI BACARMAĞI ÖYRƏNMƏK, ONA QARŞI DAHA DA DIQQƏTLI OLMAQ LAZIMDIR.




Əsas səhifəyə