Yeniyetməyə necə ideal valideyn olmalı


Siz etiraf etməlisiniz ki, “toxunulmaz valideyn nüfuzu” mərhələsi bir daha geri qayıtmayacaq, ona görə də əmr verməkdən və rəhbərlik etməkdən çəkinin. Bu istənilən yeniyetmə ilə qarşılıqlı münasibətdə məğlubiyyətə aparıb çıxaracaq. Əvvəlki nüfuzunuzu yenidən “qaytarmağa” çalışın. Bu yolda onu əsas tutmaq lazımdır ki, uşaq daha abstrakt sözlərə və bəyannamələrə inanmır, o sizin hərəkət və şərhlərinizi təhlil edir.

Siz uşağı təkcə dinləmək deyil, hən də onun reaksiyalarını da müşahidə etməyi sınaqdan keçirin. Yeniyetmənin həmişə işlətdiyi sözlərdənsə, həmin anda danışıq forması, jestləri, mimikası onun vəziyyətini daha yaxşı çatdırır. Özünüzə sual verin: “O nə üçün belə qəribə reaksiya verir?”, “Qarışdurmanı yumşaltmaq üçün mən nə edə bilərəm?”. İnanın ki, o mübarizə etmək istəmir, müəyyənləşmək, anlamaq istəyir və sizi onun arxasınca getməyə çağırır.

“Tərbiyələndirici təsirlərdə” konkret nəticə planlaşdırmayın və ondan asılıb qalmayın. Onsuz da o başqa cür olacaq. Axı bu qarşılıqlı münasibətdə hər iki tərəfin maraqları. Sevinin- siz bir şey düşünürsünüz, amma tamam başqa şey alındı. Çünki uşağınız sizi daha bir stereotipdən xilas etdi. Beləlikləı o kortəbii reaksiyalarla sizin şəxsi inkişafınıza kömək edir. Yadda saxlayın ki, yeniyetməlik dövrünün əsas xüsusiyyətlərindən biri də özünütəsdiq arzusunun diqtəsi ilə adətən o qədər də əsası olmayan risk ehtiyacıdır. Bunu əgər öyrənməmisinizsə, vaxtı gəlib; uşaqla birlikdə risk etməkdən qorxmayın, amma öz əhatənizdə. Siz uşaqla münasibətin yeni üsullarını sınaqdan keçirmək istəyəndə nə qədər çox qətiyyətli, yaradıcı olsanız, o qədər də tez onunla eyni dildə danışmağa başlayacaqsınız. Əsas odur ki, siz ğz yaradıcılığınızla uşağı təəccübləndirə biləsiniz.

Yumor hissinizi qoruyun və öz optimizminizin heç olmasa az bir hissəsini də olsa uşağa ötürməyə çalışın. İş burasındadır ki, onda baş verən fiziki və ruhi dəyişiklikləri sizin yeniyetmə övladınız çox faciəvi hal kimi qəbul edir. Əgər siz də uşaq problemi və onun həlli yollarını təhlil və götür-qoy etməyə başlasanız, onda evinizdəki vəziyyət fasiləsiz cansıxıcı müşavirəyə oxşamağa başlayacaq. Vəziyyəti daha yaxşı görə bilmək üçün hadisələrə kənardan baxmağa və ona yumor hissi ilə yanaşmağa çalışın. Yeniyetmənin hislərini lağa qoymağa dəyməz, şəraitin özünə ironiya ilə yanaşmaq daha effektli olar. Zarafat şəraiti bir az yumşalda bilər.

Yeniyetmələrin problemləri ilə kütləvi informasiya vasitələri və ya ədədbiyyat vasitəsilə əldə etdiyiniz informasiyanı süzgəcdən keçirməyə çalışın. Əvvəla ona görə ki, bu informasiyalar təhlilin dərinliyi baxımından idealdan uzaqdır. İkincisi, son illərdə yeniyetmələr haqda nəşrlər yumşaq desək “qorxulu” olmağa başlayıblar. İnanın ki, oxuduqlarınızın heç də hamısı sizin övladınıza aid deyil. Oxuduqlarınızı ona tətbiq etməyə çalışsanız görəcəksiniz ki, bir uyğunsuzluq yaranır.Yeniyetmələrlə bağlı baş verən “pis hadisələr” mütləq sizin övladınızın da başına gəlməli deyil. Sizin ailənizdə mövcud olan dəyərli ailə ənənələrini yadınıza salın. Bu dəyərlərin Sizin və övladınız üçün ümumi və fərqli cəhətlərini müəyyən etməyə çalışın.Bu əbədi sual olan “Yaxşı nədir, pis nədir?” sualına iki fərqli dünyagörüşünün qarşılaşdırlıması və müqayisəsidir. Mənəvi və etik dəyərlər mexaniki şəkildə ötürülə və xüsusən də məcburiyyətlə qəbul etdirilə bilməz. Daha çox uşaqlıq dövründə bu hislər özününküləşdirilir ya da kənarda qalır. Əgər hansısa bir əxlaqi-mənəvi dəyər siz üçün çox vacibdirsə, amma uşağa yad olaraq qalıbsa, “özünüzü öldürməyin”. Hər hansı bir mənəvi keyfiyyəti demək və bəyan etməklə deyil, onun üstünlüklərini göstərməklə, sübut etməklə inandırmaq haqqında fikirləşin. Uşaqdan necə faydalana və nəyi öyrənə biləcəyinizi müəyyənləşdirin. Yeniyetmənin başlıca meyllərindən biri – sərbəstlik meylidir. Amma sərbəstlik həm öz üzərində, həm də ailəsinin həyatına görə cavabdeylik də deməkdir. Əsas problem ondadır ki, cavabdehlik və məsuliyyətə özlərinə sərf edən məsələlərdə can atırlar. Sizin də məqsədiniz bu olmalıdır ki, ilk baxışda, ona sərf etməyən başqa sahələrdən olan öz məsuliyyətinizi övladınızla bölüşəsiniz. Siz gərək onu başa salasınız ki, onun özünün və ailənizin həyatında baş verənlər onun uşaqlıq dövründə olduğu kumu ancaq sizin əməllərinizə görə deyil, onun özünün də əməllərindən asılıdır. Yeniyetmə gil deyil, heç siz də heykəltaraş deyilsiniz. Təəssüf ki, sizin bütün cəhdlərinizə, arzularınıza, fantaziya və ambisiyalarınıza baxmayaraq real qızınızdan və ya oğlunuzdan “ideal uşaq” heykəli yapmaq gücünə malik deyilsiniz. Onun özünün tamamilə fərqli bir “ideal mən”i var. Sizin məqsədiniz onun real cəhdləri və məqsədindən çıxış edərək uşağınıza dəyişməkdə və böyüməkdə kömək etməkdir.

Uşağınıza məqsədinə doğru konkret addımlar atmaqda kömək edin. Bu özünütəsdiq üçün çox əhəmiyyətlidir. Yeniyetmə dövründə məqsədlər qlobal olur, imkanlar isə zəif, ona görə də onun “idealı” baş tutmayan arzu müstəvisində qala bilər. Yeniyetməyə öz gücünə inanmaqda kömək edin, əgər ehtiyac varsa nəticə əldə etmək üçün birgə strategiya hazırlayın. Unutmayın ki, bu işin məsuliyyətində aparıcı rol onun özünə məxsusdur, siz sadəcə öz təcrübəniz ilə uşağa yol göstərə biləcək böyüksünüz (ağsaqqalsınız).

Yeniyetməlik dövrü uşağın həyatında ən intensiv dəyişkənlik dövrüdür. Uşağa həyatın, dəyişikliyin və özünüdərkin fasiləsizliliyini (ardıcıllığını), mövcud mərhələnin isə böyük həyata qədəm qoymaq üçün daha bir mərhələ, daha bir mürəkkəb və real pillə olduğunu hiss etməyə imkan yaradın. Ona uşaqlıq həyatının təcrübəsinin (keçmiş), qaynar dəyişikliklərin (indiki) və özünütəsdiqin (gələcək) qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini göstərin. Axı həyat senarisi - bütün bu komponentlərin birləşməsinin nəticəsidir.

Uşağa öz səhvlərindən qorxmamağı və bu səhvləri onun xoş olmayan təcrübə kimi yanaşmağı öyrədin. ”Heç bir iş görməyənlər səhv etmirlər” ifadəsi ona bu yolda kömək olacaq. Yaxşı olar ki, onun hərəkətlərini təhlil edərək çoxlu danışmaqdansa, öz həyat təcrübənizdən və uşaq üçün vacib ola biləcək insanların həyatından “qalxmalar və enmələri” nümunə göstərəsiniz. Yeniyetmənin diqqətinə çatdırın ki, istənilən insan daxilən birmənalı deyillər, uyğunsuzluğa , arzu və motivlərin münaqişəsinə malikdirlər. Xeyir və şər, uğursuz və qalib, azadlıq və köləlik, müstəqillik və asılılıq, doğru və yalan və s. anlayışları bəzən elə nisbi, çoxmənalı və müvəqqəti olur ki, böyüklərin həyatında baş verən hər yeni hadisə bu xüsusiyyətlərin yoxlanılmasını, təhlil, bəzən isə tam yenidən baxılmasını tələb edir. “Mən belə prinsipialam” mövqeyindənsə “hamı bu yolu keçir” mövqeyi daha rahatdır.

Özünüdərk – yaşından və mövqeyindən asılı olmayaraq istənilən düşünən və hiss edən insan üçün prioritetdir. Özünüdərk prosesində yaranan hiss və emosiyalar bu uzun, mürəkkəb və eyni zamanda maraqlı həyat yolunun başlanğıcıdır.




Əsas səhifəyə