Həndəsi fiqurları öyrənirik.

Həndəsi fiqurları fərqləndirməyi bacarmaq, onları ayrıd etmək uşağın inkişafı üçün rəngləri tanımaq kimi mühüm əhəmiyyətə malikdir. Çünki gündəlik həyatımızda daim həndəsi fiqurlarla qarşılaşırıq. Bizi əhatə edən əşyalar, predmetlər bu və ya digər formaya malikdirlər. Ona görə də uşaqla bu istiqamətdə çalışmaq, ona fiqurları öyrətməyə lap erkən yaşlardan başlamaq lazımdır.

Normalda uşaqlar 3 yaşına artıq əsas həndəsi fiqurları – dairə, kvadrat, düzbucaqlı, üçbucaq və romb kimi fiqurları tanımalıdırlar. Hətta elə uşaqlara rast gəlinir ki, bu yaşda daha mürəkkəb həndəsi fiqurları da ayrıd edə bilirlər.

Əgər övladınız 3 yaşdan böyükdürsə və fiqurları tanımırsa və ya zəif tanıyırsa təşvişə düşməyin. Uşaqla məşğul olaraq bu çatışmazlığı qısa müddətdə aradan qaldırmaq olar. Saytımızda istifadənizə verilmiş öyrədici testlər övladınıza həm sadə, həm də mürəkkəb həndəsi fiqurları öyrtəməkdə, eyni zamanda qazanılmış bilikləri yoxlamaqda yardımçınız olacaq.

Öyrədici mətnləri uşağa oxuyun və ona izah edin. Fiqurları ona göstərərkən onların müxtəlif əşyalar oxşadığına uşağın diqqətini cəlb edin.

Sual bölmələrində sualı oxuyub, səbrlə uşağın cavabını gözləyin. Bu zaman onu tələsdirməyin. Əgər uşaq kompüterdən istifadə edə bilirsə, qoyun cavabı özü seçib təsdiqləsin. Əks halda uşaq cavabı göstərsin Siz isə onu seçərək təsdiqləyin.

Həndəsi fiqurların da ayrıd edilməsi məntiqi təfəkkürü inkişaf etdirir. 3 yaşından kişik uşaqlar üçün müxtəlif fiqurların yadda saxlanmasına xidmətə edən xüsusi oyuncaqlar almaq olar. Bir qədər böyük uşaqlara isə müxtəlif fiqurları təqdim edərək, onların verilmiş nümunəyə uyğun yığılmasını təklif etmək olar.

Təlimatla tanış oldum!