Saymağı necə öyrənməli?

Məktəbə qəbul yaşı çatmış uşaqda artıq ilkin, sadə riyazi biliklər formalaşmış olmalıdır. 5-6 yaşlı uşaq riyazi biliklər baxımından aşağıdakıları bilməli və bacarmalıdır:

- 1-dən 10 qədər və geriyə saymağı, bir və ya bir neçə rəqəm buraxılmış rəqəm sırasını bərpa etməyi;

- on çərçivəsində hesablama aparmağı, əşyaların sayını 1 və ya 2 vahid artırıb-azaltmağı;

- “böyükdür-kiçikdir-bərabərdir” anlayışlarını;

- sadə həndəsi fiqurları tanımağı, bu fiqurlardan aplikasiyalar düzəltməyi;

- əşyaları uzunluğuna, enliliyinə və hündürlüyünə görə müqayisə etməyi;

- əşyaları iki, üç və dörd bərabər hissəsyə bölməyi.

Yadda saxlamaq lazımdır ki, digər məsələlərdə olduğu kimi, uşaqlara riyazi bilikləri də oyun prosesində öyrətmək lazımdır. İstənilən məşğuliyyət və ya oyun zamanı oyuncaqların və digər əşyaların sayına uşağın diqqətini cəlb etmək, onları uşaqla birlikdə saymaq lazımdır.

Saytımızda verilmiş inkişafetdirici testlər övladınızda ilkin riyazi biliklərin formalaşmasında yaxın köməkçiniz olacaq. Çalışın bu testlər və məşğələlər zamanı uşağın yorulub-yorulmamaısna diqqət yetirin, məşğələni uzun müddət davam edib onu yormayın. Proses zamanı uşağı tez-tez tərifləyin, səhv cavablara görə onu tənqid etməyin.

Təlimatla tanış oldum!