Canlı təbiətin əsas hissəsini bitkilər aləmi təşkil edir. Bitkilərə ağaclar, kollar, otlar və s. aiddir.
Ağaclar kökü, iri gövdəsi, budaqları və yarpaqları olan bitkilərdir.
Ağaclar meyvə ağacları və meşə ağaclarına bölünürlər. Yarpaqlarının görünüşünə əsasən iynəyarpaqlı və enliyarpaqlı ağaclar olur.
Doğma Azərbaycanımızın meşələrində ən çox yayılan ağaclar fıstıq, palıd, vələs, cökə və başqa ağaclardır.
Küçədə, parkda və ya meşədə gəzərkən görüdüyün ağac və kolların adını böyüklərdən öyrənməyə və onları yadda saxlamağa çalış.
Ağacların təbiətdə və insan həyatında faydası çox böyükdür. Onlar havanı təmizləyir və nəmləndirir, sərinlik yaradır, bəzi növləri dadlı meyvələr verirlər. Bundan başqa ağaclar kəsilərək tikinti materialı kimi istifadə edilir. Ağacın qurudulmuş gövdəsindən taxta, mebel, oyuncaq, kağız və başqa əşyalar hazırlanır.
Ağaclar gec böyüyür, ona görə də onları qorumaq, qayğısına qalmaq, suvarmaq, yazda isə yeni ağaclar əkmək lazımdır.