E-mail Şifrə
2018/2019-cu tədris ilinin birinci yarımilində summativ qiymətləndirmələrin keçirilməsi ilə bağlı təlimat 2018/2019-cu tədris ilinin birinci yarımilində summativ qiymətləndirmələrin keçirilməsi ilə bağlı təlimat

1. Bütün ümumi təhsil müəssisələrində I siniflərdə summativ qiymətləndirmə keçirilmir. 2. II-III siniflərdə kiçik summativ qiymətləndirmələr keçirilir. Böyük summativ qiymətləndirmələr isə keçirilmir. Təhsilalanların bütün fənlər üzrə yarımillik qiymətləri onların kiçik summativ qiymətləndirmələrindəki nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir; 3. Bütün ümumi təhsil müəssisələrində IV, IX və XI siniflərdə bütün fənlər üzrə kiçik və böyük summativ qiymətləndirmələr keçirilir; 4. Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə böyük summativ qiymətləndirmə keçirilir. Təhsilalanların digər fənlər üzrə, yarımillik qiymətləri onların kiçik summativ qiymətləndirmələrindəki nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir; 5. Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə böyük summativ qiymətləndirmə keçirilir. Təhsilalanların digər fənlər üzrə yarımillik qiymətləri onların kiçik summativ qiymətləndirmələrindəki nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir; 6. 2018/2019-cu tədris ilinin birinci yarımilində ll-XI siniflər üzrə yarımillik ballar hesablanarkən birinci yarımil ərzində keçirilmiş kiçik summativ qiymətləndirmələrin nəticələri aşağıdakı qaydada müvafiq ballara uyğunlaşdırılır: - “2” qiyməti - 40 bal; - “3” qiyməti - 60 bal; - “4” qiyməti - 80 bal; - “5” qiyməti - 100 bal.


Digər xəbərlər