E-mail Şifrə
Diaqnostik qiymətləndirmənin nəticələri və ona uyğun dərs bölgüsü ilə bağlı təlimatlar aşağıdakılardan ibarətdir. Diaqnostik qiymətləndirmənin nəticələri və ona uyğun dərs bölgüsü ilə bağlı təlimatlar aşağıdakılardan ibarətdir.

Təhsil Şöbələrinə və Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə 06.09.2017-ci il tarixli təlimati məktubda diaqnostik qiymətləndirmə ilə bağlı aparılmış tədbirlər haqqında məlumat verilmişdir. Həmçinin bildirilmişdir ki, bir sıra hallarda məktəblərdə dərs bölgüsü aparılarkən diaqnostik qiymətləndirmənin nəticələrinin nəzərə alınmaması, müəllimlərin haqlı narazılığına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, ümumi təhsil müəssisələrində müəllimlər arasında dərs bölgüsünün diaqnostik qiymətləndirmə nəticələrinə proporsional olaraq aparılması, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsi tapşırılmışdır. Qeyd etmək lazımdır ki, burada ixtisas balından söhbət gedmir. Digər bir sənəddə, 14.09.2016-cı il tarixli təlimati məktubda isə işə qəbul müsabiqəsindən sonr avakant qalmış yerlərin tutulması məqsədilə aşağıdakı ardıcıllığa riayət olunması tapşırılmışdır: 1. Vakant dərs yükünün diaqnostik qiymətləndirmədə 30 və daha yuxarı bal toplayan ixtisas müəllimləri arasında paylanması; 2. Müvafiq bal ardıcıllığı gözlənilməklə müəllimlərin işə qəbulu müsabiqəsində həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrdə 30, həvəsləndirmə tədbirləri tətbiq edilməyən müəssisələrdə 40 baldan az olmayaraq toplamış namizədlərlə tədris ilinin sonunadək müddətli əmək müqaviləsinin bağlanması; 2.1 Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayon ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsində 48 və daha yuxarı bal toplamış namizədlər müddətli müqavilə əsasında işə qəbul edilə bilər. Yuxarıda qeyd olunan tədbirlər bütün hallarda yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin yazılı razılığı əsasında həyata keçirilməlidir. Göstərilən tələblərə uyğun namizədin müəyyən olunması mümkün olmadıqda digər şəxslərin işə qəbuluna yalnız Təhsil Nazirliyinin razılığı ilə yol verilir. Əlavə olaraq bildirilmişdir ki, ötən və cari tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, müvafiq bal toplayan namizədlər barədə məlumatlar Təhsil Şöbələrinin (idarələrinin) rəsmi saytında yerləşdirilmişdir.


Digər xəbərlər