E-mail Şifrə
Ucqar kənd müəlliminin London uğurları Ucqar kənd müəlliminin London uğurları

Göygöl rayon Danayeri kənd ümumi orta məktəbin ingilis dili müəllimi Məmmədov Zamin Şakir oğlu Skautlar Assosiyasiyası tərəfindən Londonda keçirilən 2 aylıq beynəlxalq təlimdə iştirak etmişdir. Gənc müəllim təlimə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Dəstəyi ilə qatılmışdır. Dünyanın 144 ölkəsini əhatə edən bu təlimdə Zamin müəllim peşəkar təlimçi olaraq iştirak etmişdir. Xatırladaq ki, bu gənc müəllimin ilk uğuru deyil. O, bundan əvvəl də dünyanın bir çox ölkələrində beynəlxalq təlim və lahiyələrə qatılmışdır. Belə ki, gənc müəllim Polşa, Qazaxıstan, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, Latviya, Böyük Britaniya kimi ölkələrdə Azərbaycanı təmsil etmişdir. Zamin müəllim qazandığı uğurları ucqar bir kənddə müəllimlik edərək şagirdləri ilə bölüşür. O, Göygöl rayon Danayeri kənd ümumi orta məktəbindəki müəllimlik fəaliyyətinin ona zövq verdiyini, müəllimlik peşəsini hər zaman üstün tutduğunu bildirir. "Artıq 5 ildir ki, pedaqoji fəalliyətlə məşğulam. Ən böyük amalım şagirdlərimin yüksək nəticə göstərməsidir. Hər zaman öz üzərimdə çalışıram və bunun üçün beynəlxalq təlim və konfranslarda iştirak edirəm. Biz gənclərə belə bir şərait yaratdığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Şagirdlərim İngilis-dilini öyrənməyə çox maraqlıdırlar. Onların həvəsi müəllim olaraq mənə də stimul verir. Tədris prosesində hər zaman çalışıram ki, innovativ yeniliklərdən istifadə edim.". Zamin müəllim həmçinin Göygöl rayonunun aktiv gənclərindəndir. O, bir çox lahiyələrin təşkilatçısı və iştirakçısı olmuşdur. Zamin müəllimə qarşıdan gələn dərs ilində də yeni-yeni uğurlar arzulayırıq!


Digər xəbərlər