E-mail Şifrə
Bakı ilə yanaşı, Gəncə, Sumqayıt və Abşeronda da birinci sinfə qəbul onlayn aparılacaq Bakı ilə yanaşı, Gəncə, Sumqayıt və Abşeronda da birinci sinfə qəbul onlayn aparılacaq

2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Belə ki, onlayn ərizə qəbulu Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində tətbiq ediləcək. I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-də başlayacaq. Ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər. Qeyd edək ki, 2015-2016-cı tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu ilk dəfə olaraq, elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib. 2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub ki, onlardan da 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib. 2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub..

Xəbərə istinad : http://edu.gov.az/az/page/9/14631
Digər xəbərlər