E-mail Şifrə
9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirəcəkdir. 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirəcəkdir.

DİM aprelin 16-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, o cümlədən, eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirəcəkdir. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 11-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahanlar bütün binalarda eyni vaxtda saat 13:00-da başlanır. Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xəbərə istinad : www.dim.gov.az
Digər xəbərlər