E-mail Şifrə
I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcəkdir. İmtahanın Respublikanın 22 şəhər və rayonunda olmaqla, 92 imtahan binasında təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 50372 yer ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində (http://eservices.dim.gov.az/sinaq/) hər şəhər və rayonda bir bina olmaqla yerləşdirilib. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdirilir. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.


Digər xəbərlər