Paylaş

Təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə metodik dəstək





Məkəb direktorunun təlim-tərbiyə işləri üzrə mavini məktəbdə əsas simalardan birdir. Bir çox hallarda məktəbin normal iş ahəngi, pedaqoji prosesin düzgün təşkili məhz onun fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət çoxşaxəlidir və məktəb həyatının bütün sferalarını əhatə edir. Direktorunun təlim-tərbiyə işləri üzrə müavini məktəbdə təlim prosesinin düzgün təşkilinə, tədris proqramlarının yerinə yetirilməsinə, dərslərin tədrisi keyfiyyətinə cavab veirir, təlim-tərbiyə işinin quruluşuna, şagirdlərin davamiyyətinə və proqramı mənimsəmələrinə nəzarət edir, müəllimlərin dərs yükünü tənzimləyir, məktəbdə metodiki işi təşkilini həyata keçirir, dərs məşğələlərinin cədvəlini tərtib edir, təlim-tərbiyə prosesinin vəziyyəti haqqında hesabatlar hazırlayır. Direktor müavinin yuxarıda sadalananları gündəlik olaraq aşağıdakı işlərin görülməsi ilə həyata keçirilir:


1. Siniflərin komplekləşdirlməsini təşkil edilməsi;
2. Məktəb direktoru ilə birlikdə məktəbin yarımillik və illik iş palnlarını tərtibi;
3. Müəllimlərin illik iş planının tərtibinə rəhbərliyi həyata keçirir və onları təsdiqi. Müntəzəm olaraq gündəlik dərs planlarının yazılmasını nəzarətdə saxlayır, bu planların tərtibinə dair göstərişlər verir, tədris prosesinin planlaşdırlmasını müəllimlərə öyrədir;
4. Dərslərin və dərsdənkənar məşğələlərin, həmçinin zəruri hallarda şagirdlər üçün əlavə məşğələlərin cədvəllərini hazırlanması;
5. İşə çıxmayan müəllimlərin dərslərinin əvəz edilməsinin təşkili, “Buraxılan və əvəz edilən dərslərin uçotu” kitabının, müəllimlərin əmək haqqı hesablandığı tabelin aparılması və təsdiqi;
6. Dərsləri dinlənməsi, eləcə də digər tədbirlərə baş çəkilməsi, onların keçirilməsini təhlili, metodiki göstərişlərin verilməsi. Bir qayda olaraq, direktorun təlim-tərbiyə işləri üzrə müavinləri həftə ərzində 10-12 nəzarət tədbiri (dərslərin, jurnalların, fakutativ məşğələlərin və s. yoxlanması) həyata keçirməlidirlər;
7. Dərs zamanı İKT-dən istifadəni təşkili və tətbiqinin nəzarətdə saxlanması;
8. Məktəb direktoru ilə birlikdə məktəbdaxili nəzarətin qrafikinin hazırlanması və buraya şagirdlərin müxtəlif sınaq və monitorinqlərinin, böyük summativ qiymətləndirmənin keçirilmə vaxtının daxil edilməsi;
9. Tədris proqramının həyata keçirilməsinin nəzarətdə saxlanması;
10. Məktəbdə metodiki işin, qabaqcıl pedaqoji təcrübənin ümumiləşdirilməsi və yayılmasının təşkili;
11. Sinif jurnalları və məktəbli kitabçalarının aparılmasının, şagirdlərin dəftərlərinin vaxtaşırı yoxlanması;
12. Təlim-tərbiyə işləri üzrə direktor müavinin iş sferasına aid olan əmr və sərəncam, təlimat və digər normativ aktların tələblərinin yerinə yetirilməsinin nəzarətdə saxlanması;
13. Problemli və təlim göstəriciləri xüsusilə aşağı olan şagirdlərin təhsilinə şəxsən nəzarət edilməsi;
14. Müəllimlərin peşəkar inkişafı, onların ixtisasartırma təhsillərinin diqqətdə saxlanması;
15. Valideynlərin qəbul edilməsi.

Sənədlər





Qeyd edilən bütün bu fəaliyyət öz əksini müxtəlif sənədlərdə tapmalıdır. Çünki sənədlər həmin fəaliyyətin həm hüquqi əsası, həm də güzgüsüdür. Digər bir tərəfdən sənədlərə əsaslanan fəaliyyət daha planlı, sistemli və məqsədyönlü xarakter daşıyır. Bu sənədlər aşağıdakılardır:

1. Planlaşdırma ilə bağlı:


- məktəbin iş planı, o cümlədən məktəbdaxili və tədris prosesinə nəzarətin qrafiki;
- dərs cədvəli;
- fakultativ və dərnək məşğələlərinin cədvəlləri;
- yoxlama yazı işlərinin və summativ qiymətləndirmənin keçirilməs qrafiki;
- məktəb və ya şəhər çərçivəsində keçirlən seminar və ya terninqlərin qrafiki;
- ixtisasartırma kurslarının qrafiki.

2. Qovluqlar:


- məktəbin iş planı;
- direktor müavinin illik, aylıq (həftəlik) iş planı;
- metodbirləşmənin iş planı;
- əmək haqqı tabellərinin surəti;
- əvəzetmələrin qeydiyyatı;
- müxtəlif təlimatlar, əmrlər (onların sistemləşdirilmiş kartotekası);
- məktəbin illər üzrə statistik göstəriciləri (buraxılış və qəbul imtahanlarının nəticələri, ilin sonu üçün müxtəlif təlim-tərbiyənin müxtəlif aspektlərini əhatə edən göstəricilər);
- metodiki iş: planlar, protokollar.

3. Buraxılan və əvəz edilən dərslərin qeydiyyatı kitabı


4. Qeydiyyat jurnalları:


- fəaliyyətin aylıq planlaşdırlması;
- dinlənilən dərslərin qeydiyyatı;
- ixtisasrtırmanın qeydiyyatı;
- müəllimlərlə fərdi söhbətin qeydiyyatı;
- məktəb, şəhər, respublika miqyasında keçirilmiş monitorinq və digər yoxlamalara aid sənədlər, testlər, təhlillər;
- siniflər, dərnəklər üzrə şagird siyahıları;

- sinif jurnallarının yoxlamasının qeydiyyatı;
- proqram materialın yerinə yetirilməsi;
- yoxlama yazı işləri və summativlər;
- yarımillik, illik qiymətlərin düzgün çıxarılması;
- jurnalın təlimata uyğun aparılması.

- şagird hərəkəti, məktəbyaşlı uşaqların ilkin qeydiyyatı.